Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

İran hərəkətə keçdi – Səudiyyədən sonra Azərbaycan da...

Tarix: 09-08-2023 23:14     Baxış: 3248 A- / A+
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İran-Azərbaycan əlaqələrindəki son gəlişmələrə diqqət çəkib:
“Münasibətlərinin uzun müddət gərgin olduğu Səudiyyə Ərəbistanı İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Tehran Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir və bu məqsədlə Bakıya göndərdiyi heyətlərin sayını artırıb. İranın baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahani böyük heyətlə Azərbaycana səfər edib. Bakıdakı görüşdə bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılıb.
Rəsmi Bakı da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istəyir. Ancaq bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Bunların heç biri baş verməyib.

Tehran Azərbaycan səfirliyinin qısa müddətdə açılmasını istəyirsə, cinayətlə bağlı araşdırmanı yekunlaşdırmalı və məhkəmə prosesi keçirməlidir. Bu proses ləngiyir. Əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi.
Görünür, məsələ ona görə ləngiyir ki, cinayətin arxasında başqa qüvvələr var və həmin qüvvələr cinayətin ədalətli şəkildə araşdırılmasının əleyhinədir. Onlar bu hərəkətləri ilə İran-Azərbaycan münasibətlərini gərginlikdə saxlayırlar”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar