Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib - Şəkillər

Tarix: 05-08-2023 11:53     Baxış: 3481 A- / A+
Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirildi.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, “Qanlı kaha” və “Tanrı yoxuşu”kitablarının müəllifi Elxan Salahov, GDU-nun müəllimi, kafedra müdirinin müavini Gülüstan Fərəcova, Vətən müharibəsi iştirakçısı, şair Eyvaz Əyyub,  çıxışlarında Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoduunu qeyd etdilər. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətlərinin olduğunu bildirdilər. Tədbirin sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan dilinin hərtərəfli inkişafı, Heydər Əliyevin adı ilə bağlı olduğunu dilə gətirdi. Vurğulayaq ki, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında “ 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-I ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Manevr.az 










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar