Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ali Məhkəmə vəzifəli şəxslərlə bağlı qərarı açıqladı

Tarix: 03-08-2023 12:12     Baxış: 3301 A- / A+

Ali Məhkəmədə Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Manevr.az-ın məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Rəsmi məlumata əsasən, vəzifəli şəxsinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılmışdır. Aparılan istintaqla Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin rəisi vəzifəsində işləmiş Şaban Şəfiyevin öz vəzifə səlahiyyətlərinin icrası zəminində tabeliyində çalışan Anar Mirzəyev, rayon sakinləri Şəyyar Əliyev, Amil Məmmədov və Xoşbəxt İsrafilovun köməkçiliyi ilə ümumilikdə 15 nəfərdən ibarət ayrı-ayrı şəxslərin həmin müəssisəyə işə qəbul olunmasına dair yalan məlumatları rəsmi informasiya resursuna daxil etməklə 3 min 800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, həmin şəxslərin iş yeri olması ilə bağlı yalan məlumatlar əsasında onlara ümumilikdə 20 min 900 manat məbləğində ünvanlı dövlət sosial yardımın ayrılmasına və bununla da, büdcə vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Şaban Şəfiyevin istintaqın gedişində tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, qısa müddətdə rəsmi möhürün özündə olmasından istifadə edərək gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə ümumilikdə 8 nəfər şəxslə Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaratmaqla rəsmi sənəd hesab edilən əmək müqavilələri və əmrlərin imzalanmasına nail olmasına, bununla da bilə-bilə saxta sənədlərdən istifadə edib cinayət işi üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Şaban Şəfiyev Cinayət Məcəlləsinin 294.3 (ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313 (vəzifə saxtakarlığı), 320 bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmə) maddələri, Anar Mirzəyev, Şəyyar Əliyev, Xoşbəxt İsrafilov və Amil Məmmədov isə həmin Məcəllənin 32.5,311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət almağa köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Şaban Şəfiyev barəsində məhkəmənin qərarı ilə barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə, cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.pravda.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar