Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ordumuzda yeni tədris dövrü başladı - Video

Tarix: 31-07-2023 19:11     Baxış: 3293 A- / A+



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlara, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin təlim-tədris prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələbləri şəxsi heyətə çatdırılıb. Yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığının, keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Keçiriləcək dərslərdə əsas diqqət komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar