Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılıarın qatili Samvel Babayan: "Mən də bu siyahıdayam"

Tarix: 31-07-2023 09:21     Baxış: 4263 A- / A+

Xocalı qatili Vaqif Xaçaturyan Laçın postunda həbs olunandan sonra 1-ci Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən, Laçının və Şuşanın işğalında mühüm rol oynayan, Qarabağın işğalında xüsusi əməliyyatlarda iştirak edən qatil, cinayətkar Samvel Babayan qorxuya düşüb.
Erməni bloger Albert İsakovun yutub kanalına müsahibə verən Babayan erməni hakimiyyətini bacarıqsızlıqda ittiham edərək Azərbaycanın həbs edəcəyi cinayətkarların siyahısında adının olduğunu vurğulayıb.

Öz cinayət əməllərini ört-basdır etməyə cəhd edən qatil Samvel Babayan separatçılarla Ermənistan hakimiyyət arasında mövcud olan fikir ayrılıqlarından da danışıb.

"Azərbaycan 300 nəfərdən çox cinayətkarı beynəlxalq axtarışa verib. Mən danışıqlarla bu şəxslərin bağışlanmasını istəyirəm. Amma ermənilər məni günahlandırdı ki, mən özümə görə narahatam. Erməni hakimiyyəti səhv edir. Mən də bu siyahıdayam”, deyə Samvel Babayan vurğulayıb./news24.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar