Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədov Bakı gəmiqayırma zavodunda müşavirə keçirdi - ŞƏKİL

Tarix: 29-07-2023 18:47     Baxış: 3278 A- / A+

Baş nazir Əli Əsədov Bakı iyulun 29-da Bakı gəmiqayırma zavodunda olub.

Manevr.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Baş nazir zavodda görülmüş işlər, bugünədək icra olunmuş və potensial layihələrlə tanış olub.

Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edildi, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb.

Eyni zamanda zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.

Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar