Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Məndən aldığı pulları Ramiz Mehdiyevə verib”

Tarix: 29-07-2023 11:35     Baxış: 3172 A- / A+

Keçmiş hakim Həsən Əliyevə qarşı dələduzluq etmiş sabiq prokuror Mirələkbər Seyidovla bağlı maraqlı faktlar üzə çıxıb.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində M.Seyidov dostu H.Əliyevdən aldığı 200 min dolları Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə verdiyini deyib.
İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb. H.Əliyev aldadıldığını anlayandan sonra M.Seyidovdan şikayət edib. M.Seyidov isə ona bildirib ki, aldığı pulları Ramiz Mehdiyevə verib və işi o həll edəcək.

keçmiş prokuror Mirələkbər Seyidov
H.Əliyev ifadəsində M.Seyidovun rayon prokuroru təyin edilməsinə görə ona inandığını deyib: “Lakin bir müddət sonra o işdən çıxarıldı və barəsində cinayət işi başlanıldı. 2014-cü ildə isə məni sərəncama verdilər və barəmdə cinayət işi açıldı. 2015-ci ilin 1 aprel tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildim və 7 il həbs cəzası aldım.
Gəncə şəhərində 2 saylı İstintaq Təcridxanasında saxlanıldığım vaxt oğlum Mirələkbərlə yanıma gəldi. Mirələkbər ona kimi məndən aldığı pulun 100 min dollarını geri qaytarmışdı. O, təcridxanaya gəlib mənə səbrli olmağımı, pulumu qaytaracağını, həbsdən azad olunmağıma kömək olacağını bildirdi. Lakin hər dəfə bəhanələr gətirirdi. 2020-ci ilin 1 aprel tarixində azadlığa çıxdım. Yenə Mirələkbərlə əlaqə saxlayıb pulumu tələb etdim. Mirələkbər nə mənim pulumu qaytardı, nə də ki, pulu verdiyini dediyi şəxslərdən də istəməyə getdi. 2022-ci ilin fevral-mart aylarında 100 000 ABŞ dolları məbləğində pulun geri qaytarılması məqsədilə Mirələkbərlə Nəsimi rayonu ərazisində yerləşən “Koala” parkda görüşdüm. Pulumu tələb edərkən, Mirələkbər məndən aldığı pulları həmin vaxt Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləmiş Ramiz Mehdiyevə verdiyini, hazırda pulları R.Mehdiyevdən ala bilmədiyi üçün qaytara bilmədiyini bildirdi. Həmin vaxt Mirələkbərin dediklərini telefonla qeydə aldım”.
Telefonla qeydə alınmış bir sıra danışıqlar cinayət işində sübut kimi qiymətləndirilib. Mirələkbər Seyidovun Həsən Əliyevin oğlu ilə danışığında qarşı tərəfi Ramiz Mehdiyevlə hədələməsi məlum olub: “Gəlib kabinetdə mənə pul verib, danışmışam “200 manat” filankəsə pul vermişəm, sonra geri gəlib deyib ki, yox, mənim imkanım yoxdur. 100 manat da pulunu qaytarmışam. Qoy getsin şikayət eləsin, mənə də 7 il iş versinlər, Telman Mehdiyevə də, Ramiz Mehdiyevə də ittiham versinlər”.

sabiq hakim Həsən Əliyev
M.Seyidov pulu Moskvada verdiyini bildirib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tərəflərin barışması, dəymiş ziyanın ödənilməsi bildirilib və H.Əliyev keçmiş prokurordan şikayətçi olmayıb. Mirələkbər Seyidova sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar