Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısının cəzası azaldıldı

Tarix: 28-07-2023 11:29     Baxış: 4509 A- / A+
Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov və onunla birlikdə məhkum edilmiş şəxslərin kassasiya şikayətlərinə baxılıb.

Manevr.az
xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.
Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 4 il 6 aya endirilib.
Bundan başqa Tacəddin Novruzovun cəzası 4 il 5 aya, Eynulla Novruzov, Mətləb Allahverdiyev, Rəcəb Hüseynov, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
Xatırladaq ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.“Qafqazinfo”

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar