Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Çin və Azərbaycan hər zaman ərazi bütövlüyünü əsas tutub” – Millət vəkili

Tarix: 27-07-2023 11:09     Baxış: 4176 A- / A+
 



“Azərbaycan və Çin hər zaman ikitərəfli münasibətlərdə və beynəlxalq təşkilatlarda ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipindən çıxış ediblər. Cənab Prezident İlham Əliyevin Çinin “China Global Television Network” televiziya kanalına müsahibəsində də bu məqam xüsusi vurğulandı. Bu cür sağlam mövqe iki ölkə arasındakı münasibətlərdə hər zaman mühüm məsələ olub.

Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə qurulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. 1994-cü ilin martında Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Cənab Prezident müsahibəsində qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Bundan sonra qarşılıqlı səfərlər, əməkdaşlıq imkanları ilə intensiv xarakter alıb. ‎Azərbaycan Prezidenti İlham Əliyev də Çinlə münasibətlərin inkişaf etdirilməsinə hər zaman diqqətlə yanaşıb. 2005-ci ilin mart ayında Prezident İlham Əliyev Çində rəsmi səfərdə olub. Prezident Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib”.

Azərbaycanla Çinin bir sıra məsələlərə münasibətdə eyni mövqedə çıxış etməsi ilə bağlı Prezidentin fikirlərini xatırladan A.Məmmədov qeyd edib ki, burada ilk mövbədə suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. Eyni zamanda, ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq: “Bundan başqa, partiyalarımız arasında təmaslar, əməkdaşlıq telləri ikitərəfli münasibətlərimizə öz töhfəsini verməkdədir”.


Eltac Zülfüqaroğu/Turkustan.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar