Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Ermənistan məhsulları satılır

Tarix: 15-05-2017 08:55     Baxış: 5355 A- / A+
Azərbaycanda Ermənistan məhsulları satılır



“Ötən il Azərbaycana Gürcüstan vasitəsilə külli miqdarda Ermənistanda yetişdirilmiş ərik gətirildi. Gürcüstanda hər gün azərbaycanlılarla ermənilər görüşürlər, oradan bura mallar gəlir. Heç kim də bu məsələyə nəzarət etmir”.


Manevr.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Bununla bərabər o, birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarı olduğunu qeyd edib: “Lakin Ermənistan mallarının Azərbaycanda satılmasını qəbul etmirəm. Biz, istehlakçı hüquqlarını qoruyan Zaqafqaziya təşkilatı yaratmışıq və hələ on il öncə ”Qırmızı Körpü" bazarında təhlükəli malların qarşısını almışdıq. Ermənistan təşkilatlarının üzərində də müəyyən dərəcədə təsirlərimiz var. Ola bilər ki, Azərbaycan mallarının üzərində etiket olduğu üçün onlar bunu müəyyənləşdirə biliblər. Yanlış fikirdir ki, Azərbaycan malları təhlükəlidir. Ermənistandan Azərbaycana gələn malların üzərində etiket olmur. Ona görə də müəyyən edilmir və Gürcüstan vasitəsilə Ermənistanın kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir. Buna nəzarət etmək də çox mürəkkəbdir".

Ekspert bir müddət öncə Azərbaycan bazarlarında aşkar olunan Ermənistanda istehsal edilmiş şokoladlara da diqqət çəkib:
“Bu cür hallar yol verilməz olsa da, Gürcüstan və Rusiya vasitəsilə bəzən Azərbaycana keçə bilir. Ermənistanla bağlı bütün növ malların Azərbaycanda satılması yolverilməz haldır. Fəaliyyətə başlayacaq olan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da təkliflər paketi təqdim etmişik. Qeyd etmişəm ki, əgər orada QHT-lər KİV nümayəndələri təmsil olunmasalar və yalnız indiki dövlət orqanları təmsil olunsalar, bunun heç bir nəticəsi olmayacaq. Orada tam şəffaflıq və ictimai nəzarət mexanizmi olmalıdır”. musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar