Xəbər lenti
“Prezidentin Şuşada verdiyi mesajlar Qarabağdakı ermənilər üçün daha bir fürsətdir” – Millət vəkili
“Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı toxunduğu məsələlər, verdiyi bəyanatlar həm tədbir iştirakçıları üçün, həm də dünya mediası üçün önəmli mesajlar idi. Bu mesajlarda Azərbaycanın müxtəlif məsələlər üzrə haqlı mövqeyi bir daha dünyanın müxtəlif ölkələrindən gəlmiş media mənsublarına, siyasi ekspertlərə çatdırıldı”.
Manevr.az bildirir ki, Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, Prezidentin Şuşada verdiyi mesajlar eyni zamanda Qarabağdakı ermənilər üçün daha bir fürsətdir: “Azərbaycan Prezidenti Qarabağda yaşayan erməniləri gələcəyi ilə bağlı bir daha açıq mövqe ifadə etdi. Onlar Azərbaycan Konstitusiyası çərçivəsində bütün vətəndaşların malik olduğu hüquqları əldə edəcəklər: “Cənab Prezident qeyd etdi ki, ölkə bbiz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq”.
Azərbaycanın Laçında qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı Prezident İ.Əliyevin söylədiklərinə toxunan millət vəkili bildirib ki, ölkə başçısı bu məsələ ilə bağlı verilə suala verdiyi cavabı normal düşüncə tərəfindən qəbul edilə bilən, beynəlxalq hüquqa uyğun əsaslandırmadır: “Bəli, Azərbaycanın Laçında nəzarət-buraxılış məntəqəsi qurması tamamilə legitimdir, suveren hüquqdur. Bunu heç kim mübahisələndirə bilməz. Bu gün də, həmin məntəqədə iş mexanizmi beynəlxalq standartlara uyğundur. Bu real vəziyyəti nəzərə alıb Azərbaycana inteqrasiya etmək əvəzinə Qarbağdakı erməniləri idarə edənlər yenidən separatçılıq meyllərini gücləndirirlər. Cənab Prezident də qeyd etdi ki, bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil Azərbaycanda bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar