Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Separatçı "deputat" Paşinyanın arvadına: "Siz ermənisiniz, türksünüz, yoxsa satqın?"

Tarix: 22-07-2023 21:35     Baxış: 3230 A- / A+
Separatçı "deputat" Paşinyanın arvadına: "Siz ermənisiniz, türksünüz, yoxsa satqın?"Qondarma rejimin "hakim" "Azad Vətən" "partiyası"nın "deputat"ı Nella Qriqoryanın qalmaqallı çıxışı dünən Ermənistan və tanınmamış rejimin siyasi dairələrində şok effekti yaradıb.

"Deputat" "parlament"in iclasında Baş nazir Nikol Paşinyanı və onun həyat yoldaşını sərt tənqid edib.

O bildirib ki, bu çətin dövrdə Nikol Paşinyan və Ararat Mirzoyanın Qarabağın Azərbaycana aid olması barədə rəsmi Bakının bəyanatlarına biganə qalmağa haqqı yoxdur.

Separatçı rejim təmsilçisi Paşinyanı sülh üçün yalvaran uşaq adlandırıb:

"Vay Qarabağ, gör sənin taleyini kim həll edir?! Nikol Paşinyan "Artsax"ın türkləşdirilməsi layihəsinin icraçısıdır. Biz ondan "Artsax"ın "blokada"sının açılmasını tələb etməliyik. Paşinyan və arvadı Annanın isə "Artsax" vecinə deyil. Xanım Akopyan, qərarınızı verin, siz ermənisiniz, türksünüz, yoxsa satqın?!"

Erməni nəşri yazır ki, "deputat"ın çıxışı partiya üzvlərini təəccübləndirib, onun belə çıxış edəcəyini heç kim gözləməyib.

Qəzetin məlumatına görə, bu çıxışdan sonra "hakim fraksiya"nın lideri Artur Arutyunyan qondarma rejimin "prezident aparatı"na çağırılıb və vəziyyətə nəzarət etmədiyi üçün töhmətləndirilib.

KİV onu da bildirib ki, bu çıxış tanınmamış "DQR"in "siyasi kuluarları"nda "müxalifət" təmsilçiləri tərəfindən coşqu ilə qarşılanıb.

Həmçinin, qeyd olunub ki, qondarma qurum "milli məclisi"nin "spikeri" Artur Tovmasyanın azərbaycanlılara ünvanladığı "biz min illərdir yan-yana yaşamışıq" bəyanatı da separatçıların xoşuna gəlməyib. Onların fikrincə, "parlament sədri" tez-tez belə düşünülməmiş bəyanatlar verir. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar