Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın müharibə xəbərdarlığı – Baş nazir xalqına mesaj verdi

Tarix: 22-07-2023 20:18     Baxış: 3220 A- / A+

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, müharibə ehtimalı realdır. O, “Sülh müqaviləsi imzalanmadıqca və parlamentlər tərəfindən ratifikasiya edilmədikcə Azərbaycanla müharibə kifayət qədər realdır” bildirib. Bəzi ekspertlər hesab edir ki, bu açıqlama əslində Ermənistan cəmiyyətinə verilən mesajdır. Paşinyanın dedikləri həm də o mənaya gəlir ki, müharibə başlasa Ermənistan dəhşətli ssenari ilə üzləşə bilər.
Maraqlıdır, erməni cəmiyyəti Azərbaycanla toqquşmaqda maraqlıdırmı? Yeni müharibəyə hazırdırmı?

Sülhəddin Əkbər
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, erməni cəmiyyəti Azərbaycanla toqquşmaqda maraqlı deyil:
“Məsələ ondadır ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı ciddi itkilər ilə üzləşdi. Erməni cəmiyyəti bu gün də dəhşətli müharibənin fəsadlarını aradan qaldıra bilmir. Qarşımızda müharibə istəyən bir cəmiyyət olsa idi məğlub kapitulyasiya aktına imza atan Nikol Paşinyana seçkilərdə səs verib hakimiyyətdə qalmasını istəməzdi.
Digər tərəfdən, bu gün Ermənistanda 5-ci kolon, habelə, separatçı ultramilliyyətçi, revanşist qüvvələr çox aktivdir. Lakin erməni cəmiyyəti daha bu şəxslərə inanmır. Onların aksiyalarında iştirak etmir. Bu mənada deyə bilərəm ki, erməni cəmiyyəti müharibə istəmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar