Xəbər lenti
Dövlət Komitəsində kollegiya iclası keçirildi
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclası keçirilib.
Dövlət Komitəsindən Manevr.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsinə diqqət və qayğısı onlarda dərin razılıq və minnətdarlıq hissi doğurur. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır. Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yeni salınan yaşayış məntəqələrinə köçürülmənin təşkili, bununla bağlı aparılan monitorinq tədbirlərinin mövcud vəziyyəti, Böyük Qayıdışla bağlı aparılan təbliğat-təşvqat işinin əsas istiqamətləri, komitənin balansındakı yaşayış fondunun payız-qış mövsümünə hazırlığı və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb. Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar