Xəbər lenti
Politoloq XİN-ə səsləndi: Zaxarovaya cavab verin!
Manevr.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu feysbuk hesabında yazıb.
O, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbərini Rusiya rəsmisi Mariya Zaxarovaya cavab verməyə çağırıb.
"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan NATO-nun Vilnüs zirvə toplantısında “Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağı tərk etməlidir” cümləsi ilə Kreml sahibi Vladimir Putinə mesaj göndərməklə Azərbaycana dəstəyini ifadə etmişdi. Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın bu açıqlamasına “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil” deyərkən Türkiyə ilə yanaşı, Azərbaycanı da hədəf alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü rusiyalı həmkarının Ankara və Bakıya göndərdiyi “mesaja” reaksiya verməli, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda, o cümlədən Qarabağda yeri və rolu barədə Moskvaya tutarlı cavab yayımlamalıdır", - deyə Elxan Şahinoğlu qeyd edib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar