Xəbər lenti
Milyarddabir yaşanan nadir hadisə: Fransalı qadın evində qəhvə içərkən üzərinə meteorit düşdü

Bu barədə Fransanın “Les Dernieres Nouvelles d'Alsace” qəzetində yazı dərc olunub.
Adı açıqlanmayan qadın evinin eyvanında rəfiqəsi ilə qəhvə içib söhbət edərkən onun kürəyinə naməlum bir daş dəyib.
“Yanımızdakı damdan yüksək səs gəldiyini eşitdim. Saniyələr sonra qabırğalarımda bir sarsıntı hiss etdim. Bunun hansısa heyvan, yarasa olduğunu düşündüm. Və ya damın üzərini örtən plitələrə vurduğumuz beton parçası ola biləcəyini zənn etdik. Amma rəngsiz idi”, - deyə qadın mətbuata verdiyi açıqlamasında qeyd edib.
Qadına çırpılan naməlum obyekti araşdıran geoloq Tyerri Rebmann cismin dəmir və silikon qarışığından ibarət olduğunu müəyyən edib. Bu da onun, həqiqətən, meteorit olması ehtimalını gücləndirir.
Bəzi hesablamalara görə, bir insana meteoritin çırpılması ehtimalı təxminən lotereyada iki dəfə böyük uduşu qazanmağa və ya bir sikkə atıb onun ard-arda 44 dəfə eyni üzünə düşməsi ehtimalına bərabərdir.
NASA-nın təxminlərinə görə, hər gün Yerə 48 ton meteorit düşür, lakin onların böyük əksəriyyəti insanların olmadığı ərazilərə və ya dənizlərə düşür.
Meteoritlərin insanlara dəyməsi ilə bağlı bir neçə tarixi qeyd var. Belə ki, 1954-cü ildə ABŞ-də 9 kiloqramlıq meteorit evin tavanını deşərək bir qadının üzərinə düşüb. Bu hadisə həm də meteoritin bir insana dəydiyi təsdiqlənmiş yeganə hadisə kimi qəbul edilir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar