Xəbər lenti
Gəncədə keçirilən imtahanla bağlı sosial şəbəkədə yayılmış səs yazısına RƏSMİ CAVAB

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yayılan səs yazısı həqiqəti əks etdirmir.
Mərkəzdən qeyd olunub ki, imtahan prosesində ləngimə və namizədlərin əlavə stress yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunub:
“Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməyib. Ölkənin 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları artıq dörd gündür davam edir. Cari tarixə qədər test imtahanlarında 42 515 namizəd iştirak edib. Müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır. Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar”. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar