Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutuldu

Tarix: 13-05-2017 16:30     Baxış: 4401 A- / A+
Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutuldu


Şəmkir Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, Eşqin Murtuzov rayonun Seyfəli kəndinin ərazisində saxlanılıb.

Həmin şəxs məhkəməyə təhvil verilib.

Qeyd edək ki, bu gün qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov mükakimə zamanı Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb.

***

12.41

Azərbaycanda dustaq məhkəmə zalından qaçıb.

Hadisə Şəmkir rayonunda baş verib.

Belə ki, Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən E.Murtuzovun tutulması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.

Manevr.az

Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutuldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar