Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Deputat Müşfiq Məmmədli Tərtər rayoninda səfərdə olub

Tarix: 13-07-2023 14:03     Baxış: 4201 A- / A+


Bu günlərdə Tərtər rayonuna səfər edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bizimlə təəssüratını bölüşüb.
Deputat Manevr.az-a bildirib ki, səfər çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb və o, Tərtər rayonunda görülən işlərlə onu yaxından tanış edib: "Həqiqətən burada dövlətimiz adına çox yüksək səviyyədə işlər görülür. Rayonun hər bir küçəsi göz oxşayır. Rayonda kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunur. Burada müxtəlif emal müəssisələri yaradılmışdır. İntensiv bağçılıq təsərrüfatları yaradılması istiqamətində böyük addımlar atılmışdır.  Eyni zamanda qeyd etmək istərdim ki, vaxtı ilə müharibə şəraiti ilə əlaqədar Tərtərin bir hissəsində abadlıq işləri aparılması müşkül məsələyə çevrilmişdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra artıq həmin ərazilər də diqqət və qayğı ilə əhatələnib", deyə deputat qeyd edib. 
M.Məmmədli bildirib ki,  Tərtərdə xoş bir təsadüf nəticəsində Avrasiya Beynəlxalq Mətbuat fondunun rəhbəri Umud Mirzəyev, politoloq, jurnalist Fuad Abbasov və digər şəxslərlə rastlaşıb: "Umud Mirzəyev ərazidə minatəmizləmə işləri ilə bağlı bizə məlumat verdi. Həmçinin Dünyanın ən böyük mina təmizləmə təşkilatı olan MAG -ın Azərbaycan üzrə ölkə direktoru Jeanette Dijkstra və digər əməkadaşlar ilə görüşdük. Məlumat üçün bildirdim ki, mina təmizləmə işlərinə xarici vətəndaşlarla yanaşı vətəndaşlarımız da cəlb olunub. Xanımların bu işdə fəallığını isə xüsusi olaraq təqdirəlayiq hal kimi qiymətləndirmək istərdim", deputat vurğulayıb.

N.Nəriman
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar