Xəbər lenti
MN-nin Poliklinikasının keçmiş həkimi məhkəməyə niyə müraciər edib?

Natəvan Məmmədova Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında işinə yenidən bərpa olunmasını və əmək haqqını tələb edir.
O, bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Günay Axundovanın sədrliyi ilə baxılacaq.
Ötən ilin aprel ayında aparılan araşdırma nəticəsində məlum olub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədova həmin poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib. Həkim cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək, dələduzluq yolu ilə özgənin əmlakını talayıb.
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilib, Natavan Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib.
Hazırda isə o, azadlıqdadır. Qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar