Xəbər lenti
MTN-də agentura şəbəkəsinə ayrılan pulun miqdarı açıqlanıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən agentura şəbəkəsinə xərclənən pul vəsaitinin miqdarı açıqlanıb.
Manevr.az-ın Apa-ya istinadən xəbərinə görə, bu haqda MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinin materiallarında qeyd edilib.
Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş “9-cu maddə” üzrə Antterror Mərkəzinə 8.319.533.45 AZN, 2.033.467 ABŞ dolları və 450.570 avro məbləğində pul vəsaiti verilib.
Qeyd olunur ki, Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə cəmi 5.148.735 AZN və 1.358.500 ABŞ dolları pul vəsaitinin mənimsənildiyini qənaətinə gəlinib.
MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar