Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın Azərbaycana qarşı iddiası niyə qəbul edilmədi? – BƏM-nin obyektiv mövqeyinin səbəbi

Tarix: 08-07-2023 19:17     Baxış: 3171 A- / A+

İyulun 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edərək, Ermənistanın Azərbaycana qarşı işində məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı tələbindən imtina edib.
Bununla bir daha Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbinin beynəlxalq müstəvidə də əsassız olduğu vurğulandı.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Ermənistanın tələbinin geri çevriləcəyi bəlli idi:
“Ermənistan xüsusilə xahiş edir ki, Məhkəmə Azərbaycandan mübahisənin mahiyyəti üzrə həllini gözləyərək “23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir kontingentin çıxarılmasını və aşağıdakı müvəqqəti tədbirlərin görülməsini tələb edir. Hər hansı belə kontingenti Laçın dəhlizində və yol boyunca yerləşdirməmək”. Yəni bu o deməkdir ki, Laçın dəhlizindən Azərbaycan dövlətinə aid olan bütün strukturlar çıxarılmalıdır. Beynəlxalq Ədalət Məhkəməsi əvvəlki qərarına Ermənistanın bu tələbinin əlavə edilməsini qəbul etməyib.
Ermənistan tərəfindən danışıqlar aparan Yeqişe Kirakosyan dünən dünya ictimaiyyətini aldadaraq guya İrəvanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı ikinci iddiasının qəbul edilməsi haqqında bəyanat verib. Əslində isə, Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarını təsdiqləyib.
Beləliklə, Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir və ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi olmayacaq.
Məlum məsələdir ki, beynəlxalq hüquqda ən ali prinsip – ərazi bütovlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığıdır.
Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini yerləşdirərək dövlətlər arasında gəliş-gedişin qanuni əsaslarda təmin edilməsinə nail olub. Hazırda ermənilər sərbəst şəkildə yoldan istifadə edə bilirlər.
Ermənistanı və separatçıları narahat edən əsl səbəb isə Azərbaycanın Laçında müvafiq post qurmasından sonra Ermənistandan Qarabağa terror məqsədli qanunsuz yüklərin, silahların, terrorçu qrupların girişinin qarşısının alınmasıdır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar