Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid Camal İsmayılovun anım günü qeyd edilib

Tarix: 08-07-2023 09:48     Baxış: 2271 A- / A+
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid baş gizir Camal İsmayılovun anadan olmasının 39-cu ildönümü münasibətilə tədbir keçirilib və AYB-nin üzvü şair Elnur Uğur Abdiyevin "13 Əfsanə" adlı kitabı təqdim olunub.

Manevr.az xəbər verir ki, tədbir Neftçala rayon Uşaq İncəsənət Məktəbində keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hadrut fatehi şəhid Camal İsmayılovun anım günündə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və şəhid valideynləri, şairlər iştirak ediblər. Tədbirdə çıxış edən şəhidin atası Vidadi İsmayılov, bacısı Xəyalə Ağamalıyeva, şəhid Elyar Vəliyevin atası Arif  Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin məsul işçisi və “13 Əfsanə” kitabının redaktoru Güləmail Murad, döyüş yoldaşı Ayar Abbasov,  Azərbaycan Dövlət Radiosunun  “Vətən yaşasın” verlişinin redaktoru, şair- publisist Ötərxan Eltac, “Camal Əfsanəsi” jurnalının təsisçisi Ruhəngiz Nəcəfova, AYB-in üzvü, Prezident təqaüdçüsü, “ 13 Əfsanə” kitabının müəllifi Elnur Uğur çıxışında öz şücaəti ilə tarix yazan şəhid Camal İsmayılov barəsində xoş xatirələrini bölüşüblər. Onlar belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar. Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anım günündə icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Camal İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. O, bu gün şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti və şəxsən öz adından dərin minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun qızı Əsnad İsmayılova L.V.Bethovenin “K.Elize” əsərini ifa edib. Tədbir iştirakçılar şəhidin həyat yolunu əks etdirən videoçarxı izləyiblər. Camal İsmayılov adına Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin birgə hazırladıqları kompozisiyalar, E.Abdiyevin C. İsmayılova həsr etdiyi şeir və mahnı nümayiş olunub.

Vüsal Ağa

Manevr.az


















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar