Xəbər lenti
“Erməni təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim” - Şəkillər
“Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”. Bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib.
O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki, həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə uymayaq. Mən də öz mədəniyyətimi göstərdim”.
Alika Semixova erməni idmançıdan bu cür hərəkət gözləmədiyini əlavə edib.
Qeyd edək ki, Alika Semixovanın finalda qalib gəldiyi erməni idmançı məğlubiyyəti həzm edə bilməyərək, ona əl uzadan təmsilçimizi vurub.
Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində iştirak edən idmançılarımızın qarşılanma mərasimi. oxu.az
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































