Xəbər lenti
Vasif Talıbov və ailə üzvlərinin əlindən çıxan biznes stukturları
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra biznes strukturlarını itirməyə başlayıb.
Manevr.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu gün yayılan məlumatlarda Vasif Talıbova məxsus olduğu deyilən "Badamlı Mineral Sular” MMC-nin satıldığı bildirilir.
Şirkət "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.
"Badamlı Mineral Sular” MMC-nin bundan əvvəlki rəhbəri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanov idi.
Bundan əvvəl isə "Gəmiqaya” və "Cahan Holding” şirkətləri Vasif Talıbovun əlindən çıxıb. Lakin bu son deyil. Vasif Talıbov "Naxçıvanbank” ASC-ni əldən verməli olub.
Bu bankın səhmdarlarından biri onun qızı Baharxanım Talıbova idi. O, eyni zamanda bankın Müşahidə Şurasının üzvü vəsifəsini daşıyırdı. Vasif Talıbov istefa verdikdən sonra Baharxanım Talıbova Müşahidə Şurasının üzvlüyündən çıxarıldı. Bir müddət sonra isə bankın səhmdarlarının dəyişdiyi barədə məlumat yayıldı. Məlum oldu ki, Baharxanım Talıbova bankdakı səhmlərini də itirib.
Bakıda fəaliyyət göstərən "Cağteks” gəlinlik salonunun da Talıbovlara məxsus olduğu bildirilirdi. İddialara görə, bu obyekt də onların əlindən çıxıb.
Beləliklə, Vasif Talıbov Ali Məclis sədrliyindən istefa verdikdən sonra biznes imperiyası da çöküb.
Rəsmi məlumatlarda onun istefası səhhətindəki problemlərlə əlaqələndirilsə də, biznesinin əlindən alınması, vəzifədə olan yaxın ətrafının işdən çıxarılması "xan”ın hansısa səhvinə görə cəzalandırıldığı barədə mülahizələrə səbəb olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar