Xəbər lenti
Rus alim Bakı zəlzələsi haqda: Hazır olun!
Qafqaz həmişə seysmik təhlükə zonası olub. Orada tez-tez zəlzələlər olur.
Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov deyib.
“Qafqazda Spitakda olduğu kimi (Ermənistanın Spitak şəhərində 7 dekabr 1988-ci ildə baş verən zəlzələ, 25 min erməni ölmüşdü – red.) fəlakətli zəlzələlər də olub. Müasir seysmoloji qənaətə görə, onun müəyyən dövriliyi var. Qafqazda bu dövrilik elədir ki, hər 35-40 ildən bir güclü zəlzələlər baş verir. Hazırda həmin dövr gəlib”, - alim bildirib.
Onun sözlərinə görə, indi Günəş aktivləşməsi müşahidə edilir:
“Daha bir dövr böyüyür. Bu, Günəşdən Yerə əlavə enerji axınıdır. Müvafiq olaraq, bunun üçün bəzi ərazilərdə seysmik aktivləşmələr mümkündür. Amma bu zonada Türkiyədəki kimi zəlzələlər olmayacaq. Plitələrin tektonikası baxımından bu bölgədə 7,5-8 bal gücündə güclü zəlzələlər görünmür. Xəzərdə baş verənlər Türkiyədən çox zəifdir. Sadəcə hazır olmalısan”.
Vinoqradov Azərbaycanda zəlzələyə davamlı tikintinin aparıldığını da qeyd edib:
“Azərbaycanda son vaxtlar çox yaxşı tikinti gedir. Bizdə Dağıstanda isə daha pis vəziyyət mövcuddur. Dövri qrafiklər nəzərə alınmalıdır. Qısamüddətli proqnoz - zəlzələnin dəqiq nə vaxt və harada baş verəcəyini indi heç kim deyə bilməz. Bu, dünyada hələ heç kimin həll etmədiyi ən mühüm fundamental elmi problemdir. Yəqin ki, bunu həll edən Nobel mükafatı alacaq. Sadəcə seysmik zonada yaşayırsınızsa, buna hazır olmalısan. Saxalində hər ay belə zəlzələlər olur, amma hamı bunu sakit qarşılayır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar