Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov hərbi hospitalı ziyarət etdi – VİDEO

Tarix: 26-06-2023 18:15     Baxış: 3191 A- / A+



İyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibətilə nazirliyin Baş Klinik Hospitalını ziyarət edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, onlara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran müdafiə naziri onlara bayram sovqatları təqdim edib.
Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Nazirliyin rəhbər heyəti tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar