Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni təxribatının arxasında duran ölkələr - TURAN QORXUSU

Tarix: 20-06-2023 16:11     Baxış: 4173 A- / A+
Erməni təxribatının arxasında duran ölkələr - TURAN QORXUSU


Ermənistan tərəfi gah sülhdən dəm vurur, gah da hərbi təxribatlar törədərək vəziyyəti gərginləşdirir. Belə olan halda ortaya haqlı olaraq sual çıxır: İrəvan sülh istəyirsə, niyə təxribatlara əl atır? Yaxud erməni təxribatlarının arxasında hansı qüvvələr dayanır? 
 
Bəzi ekspertlərin fikrincə, İrəvanı xarici havadarları sülhdən uzaqlaşdırmaq üçün silaha sarılmağa təhrik edir. Məqsəd Cənubi Qafqazda münaqişəli durumun davam etməsi, sülh quruculuğu prosesinin sıradan çıxarılmasıdır. Xarici dairələr bununla Ermənistanı həm siyasi, həm də iqtisadi baxımdan özündən asılı vəziyyətdə saxlamağa çalışır.
 
Bəs söhbət hansı ölkələrdən gedir? 
 

 
Mövzunu Modern.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Ermənistan rəhbərliyi bilir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə ən yaxın zamanda çatacaq. 

“Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra qarşı tərəf anlayıb ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin reinteqrasiya olunmasına çox yaxındır. Onlar bunun qarşısını almaq üçün müxtəlif istiqamətlərdə təxribatlara əl atırlar. Ermənistan hər zaman olduğu kimi indi də təxribatyönlü siyasət həyata keçirirlər”, - deyən sabiq XİN başçısı hesab edir ki, Ermənistanı təxribat törətməyə təhrik edən ölkələrin siyahısı genişdir. Həmin ölkələrin arasında Rusiya və Fransanı xüsusilə qeyd etmək olar.
 
“Rusiya tərəflər arasında münaqişə vəziyyətinin davam etməsində maraqlıdır. Çünki belə olduğu halda həm Ermənistana, həm də Azərbaycana təsir etmək imkanı qazanır. Digər oyunçulardan biri də Fransadır. Bu ölkə istəyir ki, Minsk qrupunda olan mövqeyini bərpa etsin. Yəni bir növ təsir rıçaqlarını saxlamaq istəyir. İranın özü də Azərbaycanı zəiflətmək üçün hər imkandan istifadə edir. Biz görürük ki, siyahı yetərincə genişdir. Həmin ölkələri narahat edən Azərbaycan-Türkiyə tandemidir. Eyni zamanda günü-gündən formalaşan və inkişaf edən Turan layihəsi də bu ölkələri ciddi şəkildə narahat edir”, - Tofiq Zülfüqarov vurğulayıb.
 


Politoloq Fikrət Sadıqov isə hesab edir ki, xarici təsirlə yanaşı, Ermənistanın özü də təxribatların davamlı hal almasında maraqlıdır. 
 
Səbəbinə gəlincə, sabiq diplomat deyib: “Ermənistan başa düşür ki, məğlubiyyətindən sonra regionda geosiyasi vəziyyət tamamilə dəyişib. Ermənistanın belə bir vəziyyətə düşməsi Azərbaycana qarşı təxribatlar törətməyə vadar edir. Həmçinin bir sıra ölkələr də ermənilərə himayədarlıq edir. Təsadüfi deyil ki, Rusiya sülhməramlıları ermənilərin təxribatlarına göz yumur”.
 
F.Sadıqov vurğulayıb ki, digər tərəfdən Fransa separatçıların müdafiəsi ilə bağlı müxtəlif qətnamələr qəbul edir:
 
“Ermənistanın müdafiə naziri yeni texnikalar almaq üçün Fransaya gedib. Bu o deməkdir ki, erməniləri dəstəkləyən, beynəlxalq hüquq normalarını qəbul etməyən qüvvələr mövcuddur. Bundan istifadə edən Ermənistan təxribatlara əl atır. Onu da qeyd edim ki, insidentlərin davam edəcəyi istisna deyil. Ancaq genişmiqyaslı qarşıdurmanın olacağına inanmıram. Lakin Azərbaycan Ordusu antiterror əməliyyatı keçirə bilər. Bizim belə əməliyyatları keçirmək üçün hüququmuz və gücümüz var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar