Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Dedim ki, bala, bu yolu seçmə, məhv olarsan” - Məmmədyarovun atası

Tarix: 11-05-2017 18:13     Baxış: 5420 A- / A+
“Dedim ki, bala, bu yolu seçmə, məhv olarsan”


Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarov oğlu - Xarici işlər naziri Elmar Məmmədyarovla bağlı maraqlı açıqlama verib.

Manevr.az xəbər verir ki, o, turkustan.info saytına müsahibəsində oğlu Elmar Məmmədyarovun diplomat sahəsinə gəlməsinə razı olmadığını deyib:

"Elmar işlədiyi sahəni özü seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik diplomu verildi. Dedi ki, mən beynəlxalq münasibətlərə getmək istəyirəm. Dedim ki, mənə bir nəfər azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi. Xalq Təsərrüfatı İnstitutunda o vaxt Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən daşındırsın. Razılaşdıq, 20 dəqiqədən sonra Elmar Zeynal müəllimin yanından çıxıb dedi ki, ata, səni çağırırlar. Zeynal müəllim dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır. Onu göndərdilər Kiyevə – beynəlxalq münasibətlər fakültəsinə. Oranı bitirib gəldi, göndərdilər Xalq Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir çarpayı verdilər. Mən də dedim ki, hə, yoldaş diplomat, aldınmı payını? Amma sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova onu SSRİ Diplomatiya Akademiyasında aspiranturaya göndərdi. Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar