Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlılara atəş açıldı: “Kremlyovskaya praçka” “od püskürdü ”

Tarix: 16-06-2023 06:47     Baxış: 3206 A- / A+
Xəbər verdiyimiz kimi, bu gün “Laçın” postunda Bayrağımızın qaldırılması mərasimində ermənilərin açdığı atəş nəticəsində DSX hərbçsi yaralanıb. Bunun ardınca isə əraziyə rus sülhməramlıları gəlib və onların müşayiəti ilə Bayrağımız qaldırılıb. Bu, həmin ərazilərin Azərbaycana məxsusluğunun sübutu kimi edilib.

Rus sülhməramlıların müşayiəti ilə Azərbaycan Bayrağı qaldırılmaq üçün gətirilərkən ermənilər həm sülhməramlıları, həm də sərhədçilərimizi atəşə tutublar. Bu faktın görüntüləri sosial şəbəkələrdə də yayılıb.

Bunun ardınca isə Rusiya Teleqram kanallarında ermənilərə qarşı kəskin münasibət göstərilib.

“Kremlyovskaya praçka” kanalı qeyd edib ki, Ermənistan son vaxtlara qədər Rusiyanın “ən strateji müttəfiqi” olduğunu bəyan edərək, sinəsinə döyürdü:

“Düzdür, son günlər antirusiya qətnamələrinə səsvermə, müxtəlif nöqsanlı yurisdiksiyasının tanınması (BCM-nin Putinin həbsi barədə qərarına qoşulma istəkləri nəzərdə tutulur – red.) və başqa şeylər ermənilərin əslində necə “müttəfiqlər” olduğunu açıq şəkildə göstərdi. Lakin bu dəfə onlar daha da irəli gediblər: Azərbaycan xalqının Milli Qurtuluş Günündə öz ərazilərində bayraq sancan Azərbaycan sərhədçilərini müşayiət edən Rusiya sülhməramlılarına atəş açmaq qərarına gəliblər. Sual yaranır: “atəş” əmrini verən erməni ordusunun rəhbərində hər şey qaydasındadırmı?”

Kanal qeyd edib ki, buradakı problem təkcə “zehni gerilik” deyil, hər şey daha sadədir - bu, AB-nin Ermənistanda mövcudluğunu gücləndirmək üçün elan etdiyi planlar fonunda erməni tərəfinin vəziyyəti məqsədyönlü gərginləşdirməsidir:

“Praktik olaraq bütün erməni təbliğatçılar rus sülhməramlı kontingentindən narazılıq yayırlar. Onların bir məqsədi var: Rusiya sülhməramlılarının vəziyyətə nəzarət etmədiyi ittihamına haqq qazandırmaq. Guya “Avropadan olan tərəfdaşlar” sülhməramlı vəzifələrin öhdəsindən daha yaxşı gələcəklər.

İrəvan Qərbin vassallığına imza ataraq, odla oynayır. Ermənilər qulağında sırğa etməlidir: əgər bu gün hansısa ağıldankəm biri rus hərbçiləri istiqamətində atəş açmaq qərarına gəlibsə, onda sabah bütün Ermənistanın davamlı silahsızlaşdırılmış zonaya çevrilməsi riski var. Bu, sadəcə düşünmək üçün kiçik bir informasiyadır”. axar.az

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar