Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Murovdağın ən uca zirvəsinə Heydər Əliyevin adı verilsin" - Millət vəkili Aqil Məmmədov

Tarix: 15-06-2023 17:49     Baxış: 4210 A- / A+



Milli Məclisin deputatı Aqil Məmmədov parlamentin 14 iyun tarixli iclasında 15 iyun Qurtuluş günü ilə əlaqədar çıxış edib.
Hörmətli xanım sədr, hörmətli həmkarlar və media nümayəndələri.

Biz indi tarixi bir bayramın -15 İyun Milli Qurtuluş Günü ərəfəsindəyik.
Bu tarix, Heydər Əliyevlə xalqın birliyi, bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Dahi şəxsiyyətin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan daha böyük uğurlara imza atır, inkişaf edir və qüdrətli dövlətə çevrilir.

Əziz həmkarlarım!
Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar hazırda ölkəmizdə və bir sıra xarici ölkələrdə müxtəlif məzmunlu tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycan xalqının öz xilaskarına, müstəqil dövlətimizin qurucusuna olan dərin məhəbbətini ortaya qoymaqla yanaşı, beynəlxalq aləmdə Ulu Öndərə, onun xatirəsinə göstərilən ehtiramın təzahürünə çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev ömrü, Heydər Əliyev irsi yalnız bir xalqa deyil, bütövlükdə dünyaya, insanlığa xidmət edir. Bu il xalqımız Heydər Əliyevin 100 illik yubileyini böyük qədirbilənliklə qeyd etməkdədir.
O cümlədən, Ümummilli liderin yubileyi düşməndən azad olunmuş torpaqlarımızda da qeyd edilir. Bu xoş günlərimizin memarı ulu öndər Heydər Əliyevin işğal olunmuş torpaqlarımızın mütləq azad olunacağı ilə bağlı söylədiyi inamlı və qətiyyətli fikirlər artıq öz məntiqi təsdiqini tapmışdır. Məhz Dahi Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi cənab İlham Əliyevin prezidentliyi və Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. Bu gün azad edilmiş ərazilərimizdə tikinti-quruculuk işləri sürətlə davam edir, keçmiş məcburi köçkünlər böyük qayıdışa hazırlaşır. Şübhəsiz ki, yaşadığımız bu qürurlu günlərə görə Ulu Öndərin ruhu şaddır.

Hörmətli sədr!
İstər Azərbaycanda, istərsə dünyanın bir sıra ölkələrində böyük siyasi xadim Heydər Əliyevin adı müxtəlif formalarda əbədiləşdirilib və bundan sonra da belə davam edəcək. Ulu öndər ölkəmizin haqq səsini, Qarabağ həqqətlərini uca kürsülərdən daimi dünyaya çatdırıb. Bu gün siyasət aləminin ən yüksək zirvələrini fəth etmiş Böyük Azərbaycanlının adı tariximizin ən şərəfli səhifələrinə həkk olunmaqla yanaşı, canından çox sevdiyi Vətəninin ən yüksək zirvələrinə də yazılmalıdır. Hesab edirəmki, bütün bu xidmətlərinə, eləcə də onun qoyduğu sağlam təməllərlə torpaqlarımız 28 ildən sonra işğaldan azad olunduğuna görə, bu ərazilərdə də Ulu Öndərin adı əbədiləşdirilməlidir. Bunu nəzərə alaraq təklif edirəm ki, bu ənənənin davamı olaraq, eyni zamanda, Ulu öndərin 100 illik yubileyinə bir töhfə olaraq 30 ilə yaxın düşmən əsarətində olan, indi isə hər daşı, hər qayası Azərbaycan əsgərinin səngərinə çevrilən Murovdağın ən uca zirvəsinə Heydər Əliyevin adı verilsin. Ulu Öndərin adı ən yüksək zirvələrdə həkk olunmağı öz misilsiz xidmətləri ilə haqq edir. Bütün bunları nəzərə alaraq, bu təklifimlə bağlı aidiyyatı dövlət qurumlarının müvafiq addımlar atmasını xahiş edirəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar