Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Oğanın Bakıya gəlişinin sirli tərəfləri – Ona mühüm vəzifə verilə bilər

Tarix: 14-06-2023 08:53     Baxış: 4159 A- / A+
Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğanın Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gəlməsi maraq doğurub. 

Manevr.az xəbər verir ki, mövzu barədə globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı Sinan Oğanın seçkidə Ərdoğanı dəstəklədiyini, lakin iddia edilən kimi bunu hansısa postu tutmaq üçün etmədiyinin seçkidən sonra üzə çıxdığını bildirib: “Fikrimcə, Sinan Oğana yeni missiya həvalə edilə bilər. Azərbaycan səfərində onun Türkiyə nümayəndə heyətinin tərkibində yer alması bu ehtimalı artırır. Oğanın əsas ideyalarından biri Turançılıqdır. Yəni türk dünyasının dərin inteqrasiyasının həyata keçirilməsi. Bu prosesdə lokomotiv rolunu Bakı və Ankara oynayır. Bəllidir ki, seçkidən sonra iki ölkə Türk Dövlətləri Təşkilatını daha da gücləndirmək istiqamətində işləyəcəklər. Bakıda liderlərin bu məsələni müzakirə etdiyi istisna deyil və mümkündür ki, Sinan Oğana həvalə ediləcək missiya da türk dünyası ilə bağlı olsun. Oğan həm bu coğrafiyanı yaxşı tanıyır, həm əlaqələri var, həm də ideoloji olaraq bu missiyaya yaxındır. Lakin bunun hansı formada olacağını demək çətindir: yeni bir koordinasiya mərkəzi də qurula bilər, yaxud TDT-nin yeni “yol xəritəsi”nin hazırlanması, həyata keçirilməsi missiyası verilə bilər və s. Bütün hallarda Sinan Oğanın Ərdoğanın nümayəndə heyətinin tərkibində yer almasının seçkidəki mövqeyindən daha çox, gələcəkdə atılacaq addımlarla bağlı olduğu fikrindəyəm”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar