Xəbər lenti
“Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir” - RƏY
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O bildirib ki, qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə təsdiqləyirlər: “44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi”.
V.Rəhimzadə qeyd edib ki, hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur: “Yaxın gələcəkdə və yaxın aylarda bu məsələ də öz həllini tapacaq. Qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək. Göründüyü kimi, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsində qərarlıdırlar. Tərəflər bu gün və gələcəkdə atılacaq addımlardan məmnundurlar. Əsas olan budur ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniliyə birgə imza atmağa səy göstərirlər. Hansı sahəyə baxsaq, bu birliyin, həmrəyliyin özünü qabarıq şəkildə büruzə verdiyini görərik”.
Təşkilat sədri xatırladıb ki, daim dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranır: “Bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq”. report
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar