Xəbər lenti
Müşfiq Məmmədli seçiciləri narahat edən ciddi məsələlərə toxunub
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar keçirilən iclasında çıxış edən deputat Müşfiq Məmmədli səsləndirdi. O, əlavə etdi ki, bununla yanaşı, secicilərimizin görüşlərdə qaldırdıqları bəzi vacib məsələlərin müvafiq dövlət orqanlarının nəzərinə catdırılması fikrimizcə cox önəmlidir:
"H.Zeynəlabdin Tagıyev qəsəbəsi tarixi ənənələri olan və son illər əhalisinin sayı 40.000 nəfərə yaxın yüksələn dinamik inkişaf edən və gənc nüfusun xüsusi cəkisinin yüksək oldugu yaşayış məskənlərimizdən biridir. Burada gənclərimizin məşgulluq problemləri ilə yanaşı, asudə vaxtın kecirilməsi və idmanla məşgul olmaq ücün idman kompleksinin yaradılması gənc secicilərimizin daim qaldırdıgı məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, məktəblərin idman zallarında daha az texniki imkanlar hesabına böyük nəticələr əldə etmiş və beynəlxalq yarışlarda ugur qazanmış bir cox idmancılarımız yetışmişdir.
Digər məsələ isə müxtəlif tədbirlərin həyata kecirilməsi ücün mədəniyyət sarayının olmamasıdır. Nəzərinizə catdırım ki, hələ sovetlər dönəmində fəaliyyət göstərən, əlcatanlıq baxımından uygun yerdə-parkda yerləşən, 102 yaşlı bir tarixi klub binası uzun illərdir ki,
qapalı qalmışdır.
Hal- hazırda bu bina "Azərsu" ASC-nin balansındadır və istifadəsizdir. Bu binanın bir mədəniyyət ocağı kimi sakinlərə xidmət etməsi həm uygun bir addım, həm də tarixi ənənənin yaşadılması baxımından cox önəmli bir iş olardı.
H.Tagıyev qəsəbəsində iki səhiyyə müəssisəsi fəaliyyət göstərir;
3 saylı xəstəxana və 7 saylı ASM. Xəstəxana binası 1916-cı ildə H. Z. Tağıyev tərəfindən malikanə kimi tikilmiş, 1924-cü ildən isə xəstəxana kimi fəaliyyət göstən ilk tibb müəssisəsidir. ASM isə müdafiə nazirliyinin balansında olan barak tipli tikilidə fəaliyyət göstərir. Səhiyyə nazirimiz cox hörmətli Teymur Musayevdən coxsaylı tibb işcilərimizin adından xahış edirik ki, indiki səhiyyə islahatları konteksində ASM və xəstəxananın bir yerdə fəaliyyət göstərməsi ucün yığcam bir binanın inşası, bu tarixi binanın isə Sumqayıt səhiyyə tarixi muzeyi kimi rekonstruksiya edilməsi cox mühüm bir addım olardı.
Bununla biz həm tariximizi yaşadar, həm ölkəmizdə aparılan ugurlu səhiyyə islahatlarına töhfə verərək əhalimizə daha modern və əlcatan səhiyyə xidmətinin verilməsinə nail olarıq."- Deputat dedi.
Bəradər Səməndərli
"Atributinfo.az"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar