Xəbər lenti
Türkiyə Böyük Millət Məclisinə bu gün sədr seçiləcək

Türkiyə Böyük Millət Məclisi bu gün 28-ci dövr üçün yeni sədrini seçəcək. Gizli səsvermə yolu ilə keçiriləcək seçkinin ilk iki turunda 400 səs tələb olunur.
Manevr.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu rəqəm tapılmasa, üçüncü turda BMM-nin sədrinin seçilməsi üçün sadə səs çoxluğu kifayət edəcək.
Deputatların and içməsi ilə başlayan 28-ci dönəmdə indi TBMM sədrini müəyyən etmək vaxtı gələcək.
Müraciətin son günündə namizədlər bəlli olub.
AK Partiya və MHP; Numan Kurtulmuş namizəd olarkən, CHP qrupu Tekin Bingölü namizəd seçdi. Cihan Paçacı isə Yaxşı Partiyanın namizədi olaraq seçkiyə qatılacaq.
Səsvermə gizli olacaq...
İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. İlk 2 turda 400 səs tapılmasa, 3-cü turda səsvermə keçiriləcək, 301 səsin sadə səs çoxluğu kifayət edəcək.
Seçki 4-cü tura keçərsə, ən çox səs toplayan namizəd Məclisin sədri seçiləcək.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar