Xəbər lenti
Bütün Rusiyanı ayağa qaldıran azərbaycanlı həbs edildi-ən az 30 adamın ölümü...
Bir neçə saat əvvəl Ulyanovsk məhkəməsi surroqat araq istehsalında ittiham olunan azərbaycanlı iş adamı Anar Afət oğlu Hüseynovun barəsində iki aylıq həbs qərarı verib. “Mister Sidr” içkisini istehsal edən “Andi” şirkətinin təsisçisi 32 yaşlı Anar Hüseynovu iyunun 5-də saxlayıblar.
Samaralı iş adamı təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən əməldə şübhəli bilinir. “Andi” şirkətinin menecerləri Anton Frolov və Ramil Aslanov, həmçinin baş mühasib Polina Uskova da kütləvi zəhərlənmə faktı ilə bağlı saxlanılıblar.
Bu məhsuldan Samara, Nijni Novqorod, Ulyanovsk vilayətləri və Udmurtiyada ölənlərin sayı artıq bəzi mənbələrə görə 30 nəfərə çatıb. Bildirilir ki, bu rəqəm artacaq. Yüzdən çox insan hələ də ağır vəziyyətdə reanimasiyadadır. SHOT teleqram kanalı yazıb ki, zəhərlənənlərin hamısına " naməlum maddənin zəhərli təsiri" diaqnozu qoyulub, Nijni Novqorod vilayətində ölənlərin qanında metanol aşkar edilib. Metanoldan əczaçılıq, boyalar və fotoreagentlərin istehsalında istifadə edirlər. Bununla belə, qaçaqmalçılar daha ucuz olması üçün alkoqol hazırlamasında metanoldan istifadə edirlər ki, onun da bu cür ağır nəticələri olur.
A.Hüseynov barəsində həbs qətimkan tədbiri ən azı avqustun 4-dək qüvvədə olacaq. Təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq edəcəyinə söz verərək ev dustaqlığına buraxılmasını istəsə də, onunla bağlı həbs qərarı verilib. İş adamının vəkili Vüsal Şeydayev bildirib ki, A.Hüseynov cinayət işi üzrə təqsirini etiraf etmir. A.Hüseynov Samaranın mərkəzində, pəncərələrindən Volqaya əla mənzərəsi olan "Günəş şəhəri" yaşayış kompleksində yerli standartlara görə prestijli binada yaşayır. Bu mənzilin bazar qiyməti təxminən 22 milyon rubl qiymətləndirilir. Anar Hüseynov Samara Dövlət Universitetinin məzunudur. Atası fermerdir, bacısı isə həkimdir.
“Moskovskiy komsomolets” qəzeti yazır ki, 2022-ci ilin aprelində hüquq-mühafizə orqanlarının əməkdaşları Anar Hüseynovun ticarət obyektinə baxış keçirərək, hər bir məhsul üzrə uyğunluq sertifikatı, qaimə-faktura və qaimə sənədlərini yoxlayarkən qanusuzluqlar aşkar ediblər. Amma sonda A.Hüseynov yalnız alkoqol ticarəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 14.16. O, 10 1000 rubl cərimə ödəyib və spirtli içki satmağa davam edib.
Hazırda Rusiyanın bütün hüquq-mühafizə orqanları “Cənab Sidr” in təhlükəli olması barədə bütün əyalətlərə xəbardlıq edilib. Ən çox məhsul Kurqan bölgəsi, Udmurtiya və Krımda ələ keçirilib. Bundan əlavə, məhsullar Vladimir, Ryazan, Samara, Ulyanovsk və Penza vilayətlərində, Mordoviya və Mari El respublikalarında, həmçinin Perm diyarında müəyyən edilərək götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Samara vilayətində “Mister Cider” içkisinin istehsalında ümumi həcmi 25 min litr spirtli içki müsadirə ediblər. musavat.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar