Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

28 may ikiqat bayramdır

Tarix: 03-06-2023 23:18     Baxış: 3179 A- / A+
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə laçınlıları 31 ildən sonra dogma torpaqlarına qayıdışı münasibətilə və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi. 

Prezident çıxışında qeyd etdi ki, bu gün ikiqat bayramdır. Bu görüşün 28 May tarixinə təşkil olmasının böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. 

Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub laçın sakinlərinin sərəncamına verilib. 

Prezident çıxışında onu da qeyd etdi ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,- ilk növbədə sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz, eyni zamanda gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. 

Bütün dünya ictimaiyyəti də yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşmən 44 gün ərzində darmadağın edildi. İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin. Onların qəhrəmanlığını heç vaxt unutmaq olmaz. 

Natiq Rəfiyev
YAP Kəlbəcər rayon təşkilatının fəal üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar