Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Maşallah Əhmədov məhkəmədən vaxt istəyib

Tarix: 10-05-2017 18:11     Baxış: 4389 A- / A+
Maşallah Əhmədov məhkəmədən vaxt istəyib


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

Manevr.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, zərərçəkmiş Y. Əzizovdan M. Əhmədovun daşları qaytaracağı təqdirdə onlar arasında barışığın mümkün olub-olmayacağını soruşub. Y. Əzizov isə buna razı olduğunu, ancaq M. Əhmədovun ona dəymiş maddi ziyanı da ödəməsini istəyib.

Y. Əzizovun vəkili məhkəmədə bildirib ki, mənəvi zərər üçün 50 min manat məbləğində mülki iddia qaldırılıb:
"Bundan əlavə 247 min 764 manatlıq da zərər dəyib".

M. Əhmədov daşları qaytarmaq üçün məhkəmədən bir həftə vaxt istəyib:
"Yusifin tələb etdiyi digər pul isə böhtandır”.

Məhkəmənin növbəti iclası mayın 17-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.(apa)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar