Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zibil və siçanlar arasında yaşayan pensiyaçı - Şəkillər

Tarix: 01-06-2023 07:18     Baxış: 3240 A- / A+
Könüllülər çətin vəziyyətə düşən və çox dağınıq bir mənzildə yaşayan Hayfa ətrafındakı Kiryat-Şmuelya dakı tənha 69 yaşlı təqaüdçüyə kömək ediblər.
 
Yaşlı insanın evini təmir etmək və mebel almaq üçün ianələr toplanır.
 
Kişinin mənzilindəki dəhşətli vəziyyəti fəal və ehtiyacı olanlara kömək edən ictimai təşkilatın rəhbəri Maor Korkus təsadüfən aşkar edib. Ona normal yemək ala bilmədiyi üçün təqaüdçüyə yemək gətirilməsi xahişi ilə müraciət ediblər.

 
"Ona ilk dəfə yemək gətirəndə məni qarşılamağa bayıra çıxdı. Mənə qəribə göründü, çünki məhsulları birbaşa onun mənzilinə gətirməyi təklif etdim. Növbəti dəfə əvvəlcə pilləkənlərlə qalxdım, sonra ona zəng etdim. Kişi mənzilin qapısını açıb, yeməyi götürdü və dərhal yenidən qapını bağladı. Amma mən onun arxasındakı otağın zibillə dolu olduğunu və kəskin üfunət iyi hiss etdim”, - Maor deyib.
 
Korkus tənha təqaüdçünün hansı dəhşətli şəraitdə yaşadığını anladığını və yardım təşkil etmək qərarına gəldiyini də bildirib.

 
"Biz öyrənə bildik ki, kişi tənhadır, ailəsi və uşaqları yoxdur. O, uzun illərdir ki, tək bacısı ilə münasibət saxlamır. Çətin vəziyyətdə yaşayır", - fəal bildirib.
 
Onun sözlərinə görə, təqaüdçü kömək təklifini dərhal qəbul etməyib, çox utanıb. Amma Korkus mənzilini qaydasına salacağına söz verib.
 
“Mənzilin hər yeri zibildir, bir çox yerdə zibilin hündürlüyü bir metr yarıma çatıb.Dəhşətli üfunət iyi var idi, kranlardan su gəlmirdi”, - Korkus əlavə edib.
 
O, Bney - Akiva gənclər hərəkatının şagirdləri arasından 40-a yaxın könüllü təşkil etməyi bacarıb. Onlar qoruyucu kombinezon, maskalar və əlcəklər alıb, zibili və digər lazımsız əşyaları çıxarmağa başlayıblar.

 
Könüllülər kişinin mənzilindən külli miqdarda zibil - üç konteyner çıxara biliblər.
 
Bundan sonra ictimai fəallar binalarda təmir işləri aparmaq və mənzil sahibini lazımi məişət əşyaları ilə təmin etmək niyyətindədirlər. Lakin onların təmirçi tutmağa, mebel və digər əşyaların alınmasını həyata keçirməyə vəsaitləri yoxdur. lent.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar