Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanı AYAĞA QALDIRAN hadisə - 2 yaşlı körpəyə ömürlük həbs cəzası verildi

Tarix: 28-05-2023 21:06     Baxış: 4170 A- / A+
Dünyanı AYAĞA QALDIRAN hadisə - 2 yaşlı körpəyə ömürlük həbs cəzası verildiABŞ Dövlət Departamentinin hazırladığı "Beynəlxalq Din Azadlığı Hesabatı"nda Şimali Koreya ilə bağlı məlumatlar bütün dünyanın qanını dondurub.

Hesabata görə, 70.000-dən çox xristian inanclarına görə həbs edilib.

Ən dəhşətlisi isə odur ki, Şimali Koreyada bir ailənin yaşadığı evdən xristianların müqəddəs kitabi olan İncil tapıldıqdan sonra onların 2 yaşlı körpəsi ömürlük həbs cəzasına məhkum edilərək həbs düşərgəsinə göndərilib.

Open Doors USA (ODUSA) adlı qeyri-hökumət təşkilatı bildirib ki, Şimali Koreyada ailələr öz dini inanclarını uşaqlarından gizlədirlər və ya uşaqlarını heç bir inanc əlaməti göstərməməyə təşviq edirlər.

Qərb mediasında böyük əks-səda doğuran hesabatda Şimali Koreyalıların sırf dini inanclarına görə işgəncələrə məruz qalması halları, o cümlədən 2011-ci ildə nəvəsi ilə birlikdə öldürülən yaşlı qadın barədə məlumatlar yer alıb.

Hesabatda qan donduran başqa bir iddiaya görə, edam edilməyən qurbanlar "göyərçin işgəncəsi" adlı işgəncələrə məruz qalıb, məhbusların əlləri arxadan bağlanaraq günlərlə asılı vəziyyətdə saxlanıb.

Adı açıqlanmayan bir koreyalı məruz qaldığı işgəncəni "həyatının ən böyük əzabı" kimi təsvir edib: "O qədər əziyyət çəkirdim ki, ölməyin daha yaxşı olduğunu düşünürdüm".
Hesabatda deyilir ki, mühafizəçilər onu günlərlə yatmağa qoymayıb.

Şimali Koreya konstitusiyası öz xalqının din azadlığına zəmanət verir, Kim Çen In rejimi buna sübut kimi ölkədə tikilmiş kilsələri göstərir.

Lakin Qərb mətbuatında yer alan xəbərlərə görə, bu kilsələr yalnız "şou" məqsədi daşıyır. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar