Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bizi özgürlüyə yetirmisən sən, xalqın ən sevimli zəfər günüsən

Tarix: 28-05-2023 11:44     Baxış: 3346 A- / A+
Nazilə GÜLTAC

***
Sən özəl günüsən bu məmləkətin,
28 Mayım, adına qurban.
Pozulmaz andısan sən bu millətin,
Heç zaman sönməyən oduna qurban.

Şərqə Cümhuriyyət gətirmisən sən,
Qardaş elində də qədər günüsən.
Bizi özgürlüyə yetirmisən sən,
Xalqın ən sevimli zəfər günüsən.

Yüksəlir köksündən hilallı bayraq,
Səni əziz tutur Türkün elləri.
Bütöv bir millətə olmusan dayaq,
Yumruqda tutmusan neçə əlləri.

Gunəş tək əbədi nur saçacaqsan,
Tarix üfüqündən boylanan günüm,
Haqqı, ədaləti yaşadacaqsan,
İstiqlal rənginə boyanan günüm.

Sən Türk ellərinin taledən payı,
Ulduzum, Ayımla adın qoşadır.
Günlərin günüsən, ayların ayı,
Səni ulu Vətən daim yaşadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar