Xəbər lenti
Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib – Deputat
Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlət başçısının keçirdiyi görüşlər, verilən bəyanatlar, əldə edilən razılaşmalar münasibətlərin yeni müstəvidə inkişafının xarakterinin göstəricisi hesab olunur. Bu mənada artıq Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. ölkələr arasında fəal siyasi dialoq var. Həmçinin siyasi müstəvidə əldə edilən uğurlar digər sahələrdə də əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərib.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Litvaya səfəri əməkdaşlığın bütün sahələr üzrə daha da genişlənməsinə xidmət edəcək: “Bu gün Azərbaycanla Litva arasında müxtəlif sahələr üzrə o cümlədən iqtisadiyyat, ticarət və siyasi səviyyədə əlaqələr inkişaf edir. Biznes qurumlarının birgə fəaliyyəti nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin artırılması da qarşıda duran hədəflərdəndir. Təbii ki, hər iki tərəf bu istiqamətdə əlaqələrin inkişafında maraqlıdır”.
Deputat Litva prezidenti Gitanas Nausedanın keçən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilməsinin bu istiqamətdə mövcud əlaqələrin daha da şaxələnməsinə xidmət etdiyini söyləyib: “Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı mətbuatda verilən birgə bəyanatda da bir sıra vacib məqamlara toxunulub. Ölkəmizin başçısı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanıldığını bildirib. Bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyü vurğulanıb. Həmçinin Ermənistanın işğalı dövründə ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin dağıdılıb, məhv edildiyini söylənilib. Amma bütün bunlara baxmayaraq II Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazini bütövlüyünü təmin edib. Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə uyğun 5 bəndlik sülh konsepsiyası təqdim edib. Azərbaycanın uzun müddətlik münaqişə sonrası sülh konsepsiyası ilə çıxış etməsi ölkəmizin sülhə, təhlükəsizliyə, əməkdaşlığa, dövlətlərin ərazi bütövlüyünə olan münasibətinin göstəricisi hesab olunur. Azərbaycanın əsas niyyəti odur ki, Cənubi Qafqazda sabitlik, sülh təmin olunsun”.
Aqil Məmmədova görə, Azərbaycan-Litva münasibətləri Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında başlıca rol oynayır: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi layihələr icra edilir. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər var. Bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər hər iki ölkədə paralel şəkildə həyata keçirilir. Eyni zamanda Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq Azərbaycanla Litva üzərinə çox böyük vəzifələr qoyur. Bu gün Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi artıb. Ölkəmizin mövcud müasir infrastrukturu məhz tranzit yüklərin daha rahat və çevik şəkildə daşınmasına imkan yaradır. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Litva bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq sahəsində böyük hədəflərə malik olmaqla yaxın gələcəkdə daha sıx formada bu strategiyanın şaxələnməsinə nail olacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar