Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Litva hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib..."

Tarix: 25-05-2023 15:01     Baxış: 3335 A- / A+
Xəbər verdiyimiz kimi, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına rəsmi səfərdə olub.
Səfər çərçivəsində Vilnüsdə hər iki ölkənin Prezidentinin iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi keçirilib.

Prezidentin Litva Respublikasına səfəri ilə bağlı Manevr.az fikirlərini açıqlayan Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, Azərbaycan-Litva münasibətləri, hər iki ölkənin müstəqillik əldə etməsindən sonra artan xəttlə inkişaf edir. Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin Vilnüsə rəsmi səfəri, bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı iki ölkənin müxtəlif sahələr üzrə əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir: "Litva hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, istər parlamentlərarası, istərsə də müxtəlif nazirliklər və idarələr arasında əlaqələr müntəzəm olaraq inkişaf etmiş, əməkdaşlıq genişlənmişdir. İkitərəfli münasibətlər çərçivəsində qarşıya qoyulan vəzifələr hər iki dövlət tərəfindən yerinə yetirilir və əldə olunan nəticələr daha geniş perspektivlər vəd edir. Ölkələrimiz arasında rəsmi qaydada qurulmuş yüksək əlaqələr isti, mehriban və dostluq münasibətlərinin yaranmasına da zəmin yaratmışdır. Əlbəttə, bu, Azərbaycana - dövlətimizə və onun rəhbərinə olan hörmətin, rəğbətin təcəssümüdür. Prezident cənab İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində, gənclər siyasəti sahəsində, həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı əməkdaşlıq sənədləri imzalanmışdır. Bununla yanaşı Azərbaycanın Avropanın mühüm enerji tərəfdaşı olması da gələcək əlaqələrin qurulmasında rol oynayacaq. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkənin qurulması Avropada yeni vəziyyəti diqtə edir və gələcək perspektivlərə zəmin yaradır", - deyə M.Məmmədli vurğulayıb.

Nigar Nəriman

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar