Xəbər lenti
"Biz inanırıq ki, Ərdoğan yenidən prezident seçiləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“14 may tarixində Türkiyədə keçirilən seçki həqiqətən dünya üçün demokratik seçki nümunəsi idi. Rəcəb Tayyib Ərdoğan 20 ildən artıqdır ki, Türkiyəyə rəhbərlik edir. Bu müddət ərzində onun fəaliyyətini həm daxildə, həm də ölkədənkənar dəstəkləyən və dəstəkləməyənlərin olması qaçılmazdır. Belə bir vəziyyətdə Ərdoğan yenə də qələbə qazanıb. Eyni zamanda, parlament seçkilərində səs çoxluğu ilə üstünlük əldə olundu. Bu ciddi bir məsələ idi”.
Manevr.az bildirir ki, bu sözləri sia-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, hər bir halda türk milləti 28 may tarixində keçiriləcək seçkilərdə də öz sözünü deyəcək: “Biz inanırıq ki, Rəcəb Tayyib Ərdoğan yüksək səs çoxluğu ilə yenidən prezident seçiləcək. Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Türkiyənin istər 44 günlük müharibədə, istər ondan öncə, istərsə də sonra daim Azərbaycana siyasi və mənəvi dəstək verməsi hər birimizin gözü önündə baş verib. Azərbaycanla Türkiyə arasında münasibətin bu cür yüksək səviyyəyə çatmasında təbii ki, qardaş dövlətin rəhbərliyinin özünəməxsus rolu var. Bizim də bir azərbaycanlı olaraq arzumuz odur ki, bu seçki yüksək demokratik səviyyədə öz həllini tapacaq və Ərdoğan Türkiyə Respublikasının prezidenti seçiləcək. Gedişat da, verilən proqnozlar da bunu göstərir. Biz də ümidlə bu nəticəni gözləyirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar