Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin işğalçıları ərazilərdən sıxışdırıb çıxarmaq üçün daha çox silah, o cümlədən Qərb qırıcıları lazımdır.
Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
"Bir çox dinc sakin hələ də Rusiyanın işğalı altındadır və artıq itirməyə vaxtımız yoxdur. Bizdə artıq lazımi minimum silah var. Yalnız onu deyə bilərəm ki, bu (əks-hücum - red.), tezliklə başlanılacaq", - Budanov vurğulayıb.
Eyni zamanda o, işğal olunmuş ərazilərin azad edilməsi üçün ölkəsinin daha çox silah, xüsusən də qırıcılara gərək duyduğunu diqqətə çatdırıb:
"Biz Rusiyanı öz ərazimizdən çıxarmalıyıq. Bu məqsədə çatmaq üçün bütün güc və vasitələrdən istifadə etməliyik. Əməliyyatı uğurla uzatmaq üçün bizə böyük silah və sursat ehtiyatı lazımdır".
Xəbər lenti
Baş Kəşfiyyat İdarəsinin rəisi açıqladı: Tezliklə əks-hücum başlayacaq

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar