Xəbər lenti
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların
müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və
davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial
siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının
təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq
problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və
qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması,
kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş
ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların
müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan
məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar