Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bilik günü” Bakının işğaldan azad olunduğu günə kölgə salır - Nadir İsrafilov

Tarix: 18-05-2023 19:24     Baxış: 4214 A- / A+



Elm və Təhsil naziri Emin Əmrullayevin tədris ilinin sentyabrın 1-də başlaması barədə fikirləri müzakirələrə səbəb olub. Bəziləri buna tərəfdar olsa da, qarşı çıxanların da sayı çoxdur.

Manevr.az bildirir ki, Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov isə Bakupost.az-a açıqlamasında, bu sistemə keçidin gözlənilən və labüd olduğunu söyləyib.

Onun sözlərinə görə, dərslərin 1 senyabrda başlaması milli olmasa da, uzun illərin sınağından çıxmış təcrübə idi:

"Bu ənənənin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmirəm. Təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işidir, mmilli məsələdir. Dərs ilinin 15 gün geri çəkilməsi Dövlət İmtahan Mərkəzinin iş qrafikinə də təsirsiz ötüşməyib. İmtahanların daha erkən – mart, aprel aylarında keçirilməsi ilə əlaqədar narahatlıq və narazılıqlar bu gün də səngimək bilmir. Görəsən, uzun illərdən bəri alışdığımız ənənəvi “Bilik günü”nü 15 gün geriyə çəkməklə nəyə nail olduq? Bundan qazancımız və ya itirdiyimiz nə oldu? Nazirin dünənki çıxışı qərar və yaxud planlaşdırılmış dəyişiklik kimi başa düşülməsə də, hər halda geniş müzakirələr keçirmək və təhlillər aparmaqla məsələyə birdəfəlik nöqtə qoymaq olar”.

Təhsil eksperti bildirib ki, “Bilik günü”nün 15 sentyabr tarixində olması bu tarixdə baş verən digər hadisələrə kölgə salır:

“Üç variantdan ən optimal hesab edilən biri - əvvəlki (1sentyabr - 25 may); indiki (15 sentyabr - 15 iyun) və nazirin təklif etdiyi (1 sentyabr - 15 iyun) seçilib, Elm və Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir. O da nəzərə alınmalıdır ki, nazirin məqbul hesab etdiyi variantda tədris ili daha 2 həftə uzadılmış olur. Mənim fikrimcə, dərs ili sentyabrın 1-dən başlamalıdır. Çünki “Bilik günü”nün “Bakının işğaldan azad olunduğu gün”lə eyni günə salınması, Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsi və Azərbaycanın müstəqilliyinin təmin edilməsi kimi bir tarixi hadisənin üzərinə kölgə salır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar