Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluq Vətən müharibəsi iştirakçıları ilə birlikdə “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirib

Tarix: 18-05-2023 16:34     Baxış: 3263 A- / A+

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 18-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Manevr.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin və qəhrəman Vətən övladlarının parlaq xatirələrinə dərin ehtiram ifadə olunub.
Tədbirdən əvvəl mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev, Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Rəşad Nağıyev, Vətən müharibəsi qəhrəmanı, general-mayor Kənan Seyidov və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.
Çıxışlarda həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar