Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məhkəmədə dava: Qətldə təqsirləndirilən idmançı öldürdüyü şəxsin anasına təpik vurdu

Tarix: 17-05-2023 22:36     Baxış: 3270 A- / A+

 Bakıda məhkəmədə dava: Qətldə təqsirləndirilən idmançı öldürdüyü şəxsin anasına təpik vurduBakıda "Berlin pub"da qətl törətməkdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum olan idmançı Əli Abbasov Bakı Apellyasiya Məhkəməsində qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anasına xəsarət yetirib.


Bu barədə B.Nəsibovun anası Nəzakət Bayramova məlumat verib.

O bildirib ki, hadisə mayın 17-də saat 11:40 radələrində Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baş verib.

"Binanın 1-ci mərtəbəsində məhkum Abbasov Əli Allahverdi oğlu təpiklə qarnımdan vuraraq mənə xəsarət yetirdi.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmə iclas zalına gətirilərkən Əli Abbasov məhkəmə zalının qarşısında qəfildən çevrilərək mənim qarın nahiyəmə təpiklə ağır zərbə endirdi. Bu azmış kimi, onun dost-tanışları da məni itələyərək yıxdı və nalayiq söyüşlərlə təhqir etdilər.

Mən ağır xəsarət aldım. Məhkəməyə çağırış əsasında təcili tibbi yardım gəldi, ilkin tibbi yardım göstərdi. Amma vəziyyətim ağır olduğu üçün məni xəstəxanaya yerləşdiriblər. Hazırda xəsarətlərim ağır olduğundan xəstəxanada müalicə alıram", - o deyib.

N. Bayramova məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət edib. trend

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar