Xəbər lenti
“Sevgi yelkəni” romanı çap olunub
Yazıçı, publisist, şair Sevinc Ağa Xəlilqızının “Sevgi yelkəni” adlı yeni romanı “Elm və təhsil” nəşriyyatında nəşr olunub.Müəllifin müşahidələri əsasında yazılmış kitabda gənclərin saf gələcək həyat, təhsil, ailə, dostluq duyğuları və valideynlərə övlad sevgisi yer alıb. Bu, yazarın “Anamın gülüstanı”, “Məryəm” roman, “Qarabağ əfsanələri” (Azərbaycan, rus və ingilis dillərində), “Əlvida söyləmədən” (akademik, dövlət xadimi Tofiq İsmayılov barədə povest), “Könül səhifəm” (Qarabağ Zəfərinə dair), “Cinayətin izi ilə” detektiv roman işıq üzü görən sayca 7-ci kitabıdır. Qeyd edək ki, Sevinc Ağa Xəlilqızının şeirləri bir sıra antologiyalarda dərc olunub. O, həmçinin 100-dən çox publisistik məqalə, çoxsaylı təmsillər, hekayələr, nağıllar, əfsanələr müəllifidir. Onun əsərlərinin mövzusu müasir vətəndaş düşüncəsini dolğun əks etdirir və xalqımızın əsrlərlə formalaşan milli-mənəvi dəyərlərinə söykənir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































